Beyləqana yeni DYP rəisi təyin edildi

Polis mayoru Ruslan Rəhimov Beyləqan Rayon Polis Şöbəsinin Dövlət Yol Polis Bölməsinin rəisi təyin olunub.

ONN media xəbər verir ki, bu barədə müvafiq əmr imzalanıb.

Qeyd edək ki, bundan öncə o, Astara Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin rəisi vəzifəsində çalışıb.