Kanada vətəndaşlarını İrandan çıxmağa çağırdı

Kanada vətəndaşlarına çağırış edərək, onlardan qəti şəkildə İrana səfər etməməyi istəyib.

ONN media xəbər verir ki, bu barədə Kanadanın xarici işlər naziri Melani Coli məlumat yayıb.

O, bununla yanaşı hazırda İranda olan kanadalıları da bu ölkəni tərk etməyə çağırıb.

Bu çağırış Kanada Federal Dövlətinin SEPAH-ı terrorçu təşkilatlar siyahısına salmasından sonra edilib.