ONN İnformasiya Agentliyi

ADY-nin sürət qatarlarını daşa tutdular

ADY-nin sürət qatarlarını daşa tutdular
20 İyun 2024 - 15:55

Bayram günlərində “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) yeni istifadəyə verilmiş “Stadler” qatarlarına 5 dəfə daş atılıb.

ONN media bu barədə səhmdar cəmiyyətinə istinadən xəbər verir.

Məlumata görə, bu məsuliyyətsiz davranış qatar personalı və sərnişinlərin həyatını təhlükəyə atır, qatarların hərəkətinə maneələr yaradır və yubanmalara səbəb olur: “Bu əməlləri törədənlər cəzasız qalmır, Azərbaycan qanunvericiliyinə uyğun məsuliyyətə cəlb olunurlar və dövlət əmlakına vurduqları maddi ziyanı qarşılamalı olurlar”.

Qeyd edək ki, 2024-cü ildə ADY-nin dəmiryol xətlərinə 60-a yaxın kənar müdaxilə edilib, 25 daşatma hadisəsi qeydə alınıb.

ADY dəmir yolu sahəsində hərəkətin təhlükəsizliyinin təmin olunması, qaydalara riayətin vərdiş hal alması üçün dəmir yolu ətrafında yerləşən məktəblərdə təlimlər təşkil edir, sakinlərlə davamlı görüşlər keçirir, maarifləndirmə kampaniyaları aparır.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png