ONN İnformasiya Agentliyi

Azərbaycanda güclü külək satıcılara problem yaratdı

Azərbaycanda güclü külək satıcılara problem yaratdı
21 İyun 2024 - 14:52

Hazırda ölkə ərazisində qeyri-sabit, yağıntılı və küləkli hava şəraiti müşahidə olunur. 

ONN media-nın məlumatına görə, əsən güclü külək Gəncədə köşkün qarşısına qoyulmuş soyuducunu aparıb.

Sərin suların yığıldığı soyuduculardan biri aşıb, digəri isə bir neçə metr hərəkət edib. Satıcının səyləri soyuducunun aşmasının qarşısını alıb. 

Qeyd edək ki, ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraiti iyunun 23-ü gündüzədək fasilələrlə davam edək. Bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntıların leysan xarakterli olacağı, intensiv və güclü olacağı, dolu düşəcəyi ehtimalı var. Gözlənilən yağıntılarla əlaqədar çaylarda sululuğun artacağı və bəzi çaylardan qısamüddətli daşqın və sel keçəcəyi gözlənilir.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png