ONN İnformasiya Agentliyi

Pakistanda Qurana hörmətsizlik edən şəxs yandırıldı

Pakistanda Qurana hörmətsizlik edən şəxs yandırıldı
21 İyun 2024 - 15:47

Pakistanda Qurani-Kərimə hörmətsizlik edən kişi yandırılıb.

ONN media BBC-yə istinadən xəbər verir ki, o mərkəzi meydanda insanlar tərəfindən qətlə yetirilib və yandırılıb.

AFP-nin məlumatına görə, həmin şəxs əvvəl polis şöbəsində saxlanılıb.

Daha sonra vətəndaşlar onu qaçırıblar.

Həmin bölgənin polisi AFP-yə açıqlamasında Madyan şəhərində bir adamın Qurani-Kərimi yandırdığı üçün ərazinin sakinləri tərəfindən tutulduğunu və onun həyatının xilas edilərək şöbəyə gətirildiyini deyib.

Polislər aqressiv kütləni dağıtmaq üçün havaya xəbərdarlıq atəşi açıb, lakin bu, insanları daha da hiddətləndirib.

Dini dəyərlərə təhqir Pakistanda çox həssas bir məsələdir və bu ittihamlar kütlənin birbaşa zorakılığa başlamasına səbəb olur.

Həmin bölgədə 2023-cü ilin fevralında da eyni hal yaşanmışdı. Bir müsəlman müqəddəs kitaba hörmətsizlik etdiyi üçün döyülərək öldürülmüşdü.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png