ONN İnformasiya Agentliyi

Yol polisindən küləkli hava ilə bağlı müraciət

Yol polisindən küləkli hava ilə bağlı müraciət
21 İyun 2024 - 16:51

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi bölgələrdə küləkli hava şəraiti ilə əlaqədar hərəkət iştirakçılarına müraciət edib.

ONN media müraciətin mətnini təqdim edir:

“Hazırda bölgələrdə müşahidə olunan küləkli hava şəraiti ilə əlaqədar sürücülər, hərəkət iştirakçıları yollarda xoşagəlməz hallarla qarşılaşmamaq, yol nəqliyyat hadisələrinin baş verməməsi üçün yol hərəkəti qaydalarına ciddi yanaşmalı, ara məsafəsini normada saxlamalı, meteoroloji şəraitə uyğun sürət həddi seçməli, eləcə də nəqliyyat vasitələrini parklayarkən ağacların, iri həcmli reklam lövhələrinin, habelə küləyin təsiri nəticəsində aşma, yaxud qopma ehtimalı olan digər əşyaların yaxınlığında və ya atında saxlamamalıdırlar.

Bununla yanaşı, güclü küləyin əsməsini nəzərə alaraq, piyadalar da yollarda və küçələrdə təhlükəsizlik tədbirlərinə daha ciddi riayət etməli, əsasən də hündürmərtəbəli binaların yaxınlığında hərəkət edərkən mümkün qədər təhlükəsiz yerləri seçməlidirlər.

Bütün hərəkət iştirakçılarına həyat və sağlamlıqlarının qorunması, həmçinin avtomobillərinə hər hansı ziyan dəyməməsi üçün son dərəcə diqqətli və ehtiyatlı olmaq tövsiyə edilir”.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png