ONN İnformasiya Agentliyi

Ötən gün sertifikatlaşdırma imtahanında 38 müəllim maksimum bal toplayıb

Ötən gün sertifikatlaşdırma imtahanında 38 müəllim maksimum bal toplayıb
22 İyun 2024 - 11:07

İyunun 21-də riyaziyyat fənni üzrə keçirilən sertifikatlaşdırma imtahanında iştirak edən müəllimlərdən 38-i maksimum bal toplayıb.

ONN media xəbər verir ki, bu barədə “Azərbaycan müəllimi” qəzeti məlumat yayıb.

Qeyd olunub ki, ötən gün keçirilən test imtahanlarında 8 580 təhsilverən iştirak edib. Prosesin ilk günündə 97% davamiyyət qeydə alınıb. Test imtahanı mərhələsi Naxçıvan şəhəri də daxil olmaqla, ölkənin 18 müxtəlif şəhəri üzrə 27 imtahan mərkəzində təşkil olunub.

İmtahanda ölkə üzrə 38 təhsilverən riyaziyyat fənni üzrə maksimum bal toplayıb. Onlardan biri rus, qalanları isə Azərbaycan bölməsi üzrə maksimum – 60 bal toplamağa müvəffəq olublar. Həmçinin riyaziyyat fənni üzrə maksimum bal toplayan müəllimlərdən 3-ü kişi, 35-i isə qadın müəllimlərdir.
Maksimum bal toplayan müəllimlərin ən yaşlısının 56, ən gəncinin isə 27 yaşları olub. Ümumilikdə həmin müəllimlərin yaş ortalaması 36.5 olub.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png