ONN İnformasiya Agentliyi

Türkiyədə meşə yanğınları gücləndi

Türkiyədə meşə yanğınları gücləndi
22 İyun 2024 - 17:50

Türkiyədə 2024-cü ilin iyun ayı ərzində baş verən yanğınlar ötən il ilə müqayisədə 5 dəfə artıb.

ONN media xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb.

Bildirilib ki, yüksək temperaturun müşahidə olunduğu 1-21 iyun tarixlərində Türkiyənin bir çox bölgəsində 399 meşə yanğını qeydə alınıb. Ötən ilin müvafiq dövründə isə 84 meşə yanğını baş verib.

Eyni zamanda ötən il 41 hektar ərazinin yanğından zərər çəkdiyi halda, cari ildə 2548 hektar meşə ərazisinə ziyan dəydiyi vurğulanıb.

Yanğınlara səbəb kimi yüksək temperaturdan bitki örtüyünün daha erkən vaxtda quruması göstərilir.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png