Məktəbin qarşısında yük maşını dəhşət saçdı

Bakının Binəqədi rayonunda piyadanın ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

ONN media xəbər verir ki, qəza Binəqədi qəsəbəsində, 179 saylı məktəbin qarşısında qeydə alınıb. Belə ki, idarəetməni itirən yük maşınının sürücüsü orta yaşlı qadını vuraraq öldürüb.

Əraziyə polis əməkdaşları cəlb ediliblər.

Faktla bağlı araşdırma aparılır.