Azərbaycanda toyda 11 nəfər zəhərləndi

Ağstafa rayonunda kütləvi zəhərlənmə faktı qeydə alınıb.

ONN media-nın məlumatına görə, zəhərlənmə diaqnozu ilə xəstəxanaya 11 nəfər müraciət edib. Onlara tibbi yardım göstərilir.

Onarın rayon ərazisində keçirilən toy məclisində qidadan zəhərləndikləri ehtimal olunur.

Faktla bağlı araşdırma aparılır.