ONN İnformasiya Agentliyi

Bakıda lift qırıldı- Xəsarət alanlar var

Bakıda lift qırıldı- Xəsarət alanlar var
23 İyun 2024 - 18:10

Bakı şəhəri, Nərimanov rayonu, Ağa Nemətulla küçəsi 79 ünvanında liftin qırılması nəticəsində 5 nəfər xəsarət alıb.

ONN media xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.

Bildirilib ki, bu gün saat 16:06-da Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə paytaxtın Nərimanov rayonu, A.Nematulla küçəsi ərazisindən liftin qırılması səbəbi ilə çağırış daxil olub.

“Dərhal hadisə yerinə təcili tibbi yardım briqadası cəlb edilib. 5 nəfər (qadın cinsli) şəxs xəsarət alıb. Xəsarət alanlar təcili tibbi yardım briqadası tərəfindən müxtəlif tibb müəssisələrinə hospitalizasiya olunublar”, – məlumatda deyilir.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png