ONN İnformasiya Agentliyi

Mahacqaladan çıxışa qadağa qoyuldu

Mahacqaladan çıxışa qadağa qoyuldu
23 İyun 2024 - 23:51

Hüquq-mühafizə orqanları terrorçularla əlbir şəxslərin şəhərdən qaçışının qarşısını almaq üçün Mahaçqaladan çıxışa qadağa qoyub.

ONN media xəbər verir ki, bu barədə Dağıstan Respublikası Daxili İşlər Nazirliyinin məlumatında deyilir.

“Mahaçqaladan çıxış təhlükəsizlik qüvvələri tərəfindən bağlanıb. Əldə olan məlumata görə, silahlıların əlaltıları qaçmağa və şəhəri tərk etməyə cəhd edə bilər”, – deyə bildirilib.

Xatırladaq ki, Mahaçqala və Dağıstanda iki kilsə, bir sinoqoq və yol polisi postuna hücum edilib. Daha sonra hüquq-mühafizə orqanı əməkdaşları ilə qarşıdurmalar yaşanıb. Atışmalar zamanı çoxsaylı ölən və yaralanan var.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png