ONN İnformasiya Agentliyi

Qətlə yetirilən polislərin ADLARI AÇIQLANDI

Qətlə yetirilən polislərin ADLARI AÇIQLANDI
24 İyun 2024 - 10:38

Bakıda qətlə yetirilən polis əməkdaşlarının kimliyi açıqlanıb.

ONN media xəbər verir ki, Daxili İşlər Nazirliyi həlak olan polis əməkdaşlarının kimliyini və fotolarını açıqlayıb.

Məlumata görə, həlak olanlar, polis serjantları – Mahir Ağayev, Mirəli Heydərov və polis kapitanı Eldəniz Məmmədovdur.

Qeyd edək ki, iyunun 24-də paytaxtın Xəzər rayonu Şüvəlan qəsəbəsində əvvəllər dəfələrlə məhkum olunmuş, hazırda axtarışda olan 1986-cı təvəllüdlü Allahverdiyev Rövşən Oqtay oğlu polis əməkdaşları tərəfindən saxlanılarkən silahlı müqavimət göstərib.

Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun birgə məlumatına əsasən, o, polis əməkdaşlarına mane olmaq məqsədilə ailə üzvlərini önə verərək yayınmağa və cavab tədbirlərinin qarşısını almağa cəhd edib, yaranmış vəziyyətdən istifadə edərək “Lancaster” markalı ov silahından atəş açaraq 3 nəfər polis əməkdaşını və 1 nəfər mülki vətəndaşı qətlə yetirib.

Davam etdirilən tədbirlərlə R.Allahverdiyev polis əməkdaşları tərəfindən zərərsizləşdirilib.

Faktla bağlı cinayət işi başlanılıb, istintaq hərəkətləri davam etdirilir.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png