Bakının mərkəzi küçələrindən biri bağlanır

Bakının Xətai rayonunun Afiyəddin Cəlilov küçəsində (Yusif Səfərov küçəsindən Xəqani Rüstəmov küçəsinə qədər) aparılacaq əsaslı təmir işləri ilə əlaqədar bu gündən etibarən avtonəqliyyat vasitələrinin hərəkəti tam olaraq məhdudlaşdırılır. 

ONN media xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb. Məlumata görə, məhduddiyət təmir işləri bitənə qədər qüvvədə olacaq. Qurum sürücülərdən aparılan işlərə anlayışla yanaşmağı, qeyd olunan müddət ərzində hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etməyi xahiş edib.