Türkiyədə güclü zəlzələ oldu
Türkiyənin Manisa şəhərinin Soma rayonunda 5 bal gücündə zəlzələ olub.
ONN media xəbər verir ki, bu barədə Qəndilli Rəsədxanası məlumat yayıb.
Zəlzələ yerin 12,7 km dərinliyində meydana gəlib.
Tələfat və dağıntı barədə məlumat verilməyib.
Qeyd edək ki, AFAD zəlzələni 4,8 maqnitudada qiymətləndirib.