ONN İnformasiya Agentliyi

Rusiyada “iPhone” satışı qadağan oluna bilər

Rusiyada “iPhone” satışı qadağan oluna bilər
25 İyun 2024 - 10:20

Rusiyada smartfon və planşet bazarını əhəmiyyətli dərəcədə dəyişə biləcək qanun layihəsi Dövlət Dumasına təqdim edilib.

ONN media xəbər verir ki, təklifə əsasən, bu cihazların satışına yalnız Rusiyanın “RuStore” proqram mağazasına əvvəlcədən quraşdırılmış girişlə icazə veriləcək.

“RuStore”, Android əməliyyat sistemi ilə işləyən cihazlar üçün hazırlanmış Rusiya proqram mağazasıdır.

Yeni qanun layihəsi ilə əsas diqqəti çəkən cəhət ondan ibarətdir ki, iPhone istehsalçısı olan Apple şirkəti iOS əməliyyat sistemi ilə işləyən qurğularında üçüncü tərəf proqram mağazalarının quraşdırılmasını qadağan edir. Bu, “RuStor”u “iPhone və iPaddə əvvəlcədən quraşdırmağı qeyri-mümkün edir ki, bu da öz növbəsində onların Rusiyada satışının qadağan edilməsinə səbəb ola bilər.

Qanun layihəsinə parlament qeydində vurğulanır ki, onun qəbulu federal büdcədən əlavə xərc tələb etməyəcək. Bu o deməkdir ki, yeni tələblərin həyata keçirilməsi ilə bağlı bütün xərcləri smartfon və planşet istehsalçıları və satıcıları özləri ödəyəcək.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png