ONN İnformasiya Agentliyi

Əhməd hakim qarşısına çıxarılıb

Əhməd hakim qarşısına çıxarılıb
25 İyun 2024 - 12:10

Bakıda beş ailə üzvünü qətlə yetirməkdə ittiham olunan Əhməd Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

ONN media xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbinə Məmmədzadənin sədrliyi ilə məhkəmənin hazırlıq iclası baş tutub.

İclasda təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmədə elan olunub ki, təqsirləndirilən şəxs Əhməd Əhmədova Xətai rayon İcra Hakimiyyəti tərəfindən nümayəndə təyin edilib.

Zərərçəkmiş şəxslərin hər birinə hüquqi varis təyin edilib.

Əhməd Əhmədovun xalası Şəfaqət Bədəlova məhkəməyə etiraz edərək, cinayət işi üzrə hüquqi varis olmasını tələb edib.

Məhkəmənin iclası qaydalarını pozduğu üçün Şəfaqət Bədəlova zaldan çıxarılıb.

İş üzrə müdafiə və zərərçəkən tərəfdən hər hansı bir vəsatət verilməyib.

Hakim Əhməd Əhmədov işin məhkəmə baxışına verilməsinə münasibət bildirməsini istəyib.

Əhməd Əhmədov suala “Nə bilim vallah, bilmirəm ki” cavabını verib.

İş üzrə məhkəmənin baxış iclası iyulun 4-nə təyin edilib.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png