ONN İnformasiya Agentliyi

Azərbaycanlı zəvvarlar həcc ziyarətini başa vurublar

Azərbaycanlı zəvvarlar həcc ziyarətini başa vurublar
26 İyun 2024 - 10:57

Azərbaycandan olan zəvvarlar Səudiyyə Ərəbistanının Məkkə şəhərində həcc ziyarətini başa vurublar.

ONN media xəbər verir ki, bu barədə Qafqaz Müsəlmanları İdarəsi sədrinin 1-ci müavini Hacı Salman Musayev Trend-ə açıqlamasında bildirib.

Zəvvarlar Məkkə şəhərində ziyarət dövründə həccin əməllərini mərhələlərlə yerinə yetiriblər. Həcc Ziyarətinin zəvvarların Məkkədən sonra Mədinə şəhərini ziyarət etməsilə yekunlaşdırılması nəzərdə tutulur. S.Musayev bildirib ki, artıq bir neçə gündür Azərbaycan zəvvarları qruplarla mərhələli şəkildə Mədinəyə yola salınıblar.

Salman Musayev bildirib ki, iyunun 26-dan azərbaycanlı zəvvarların Mədinədən Azərbaycana qayıdışı başlayır. Sonuncu zəvvar qrupu iyulun 1-də Azərbaycana qayıdacaq.

QMİ rəsmisinin sözlərinə görə, ziyarət dövründə azərbaycanlı zəvvarlardan dünyasını dəyişən olmayıb. Əlavə edib ki, azərbaycanlı zəvvarların olduğu hotellərdə həkim qrupları fəaliyyət göstərib. Səhhətindən şikayəti olan zəvvarlar həkimlərə müraciət ediblər və onlara ilkin tibbi yardım göstərilib. Lakin səhhətinə görə ziyarətini dayandırmaq məcburiyyətində qalan zəvvar olmayıb. Bu il Azərbaycandan həcc ziyarətində 1500 nəfər zəvvar iştirak edib.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png