ONN İnformasiya Agentliyi

Bakıda gənc güllələnərək öldürüldü

Bakıda gənc güllələnərək öldürüldü
26 İyun 2024 - 21:50

Bakının mərkəzində gənc başından güllələnərək qətlə yetirilib.

ONN media xəbər verir ki, hadisə paytaxtın Nərimanov rayonunda, “Metro Park”ın qarşısında qeydə alınıb.

DİN-in Mətbuat Xidmətindən bildirilib ki, 2000-ci il təvəllüdlü Tural Kamil oğlu Kosayev odlu silahla qətlə yetirilib.

Cinayət əməlini törətməkdə şübhəli bilinən 2005-ci il təvəllüdlü İsmayıl İbrahim oğlu Allahverdiyev polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə saxlanılıb.

Hadisənin şəxsi münasibətlər zəminində baş verdiyi bildirilib.

***

İyunun 26-da saat 21 radələrində paytaxtın Nərimanov rayonu, Ağa Nemətulla küçəsi 95 ünvanında 2000-ci il təvəllüdlü Tural Kosayevin öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Bu barədə Nərimanov rayon prokurorluğundan məlumat verilib.

Araşdırma zamanı 2003-cü il təvəllüdlü İsmayıl Allahverdiyevin üzərində olan odlu silahdan atəş açaraq tanışı Tural Kosayevi qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Nərimanov rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, İsmayıl Allahverdiyev iş üzrə şübhəli şəxs qismində tutulub.

Hazırda ibtidai istintaq davam davam edir

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png