Bakının mərkəzində ağac qırılıb yola düşdü

Ölkə ərazisində müşahidə edilən qeyri-sabit hava şəraiti paytaxtda da bir sıra fəsadlar törədib.

Bildirilib ki, Nəsimi rayonunda, Xaqanı bağının yaxınlığında güclü küləyin təsirindən ağac qoparaq yola düşüb. Nəticədə yolda sıxlıq yaranmayıb.