ONN İnformasiya Agentliyi

Ali Məhkəməyə Aparat rəhbəri təyin olunub

Ali Məhkəməyə Aparat rəhbəri təyin olunub
27 İyun 2024 - 10:05

Ali Məhkəmənin Aparatına yeni rəhbər təyin edilib. 

ONN media xəbər verir ki, bu vəzifə Cavid Hüseynova həvalə olunub. C.Hüseynov uzun illər məhkəmə-hüquq sahəsində müxtəlif rəhbər vəzifələrdə çalışıb. O, 2005-2023-cü illərdə Məhkəmə-Hüquq Şurasının Aparat rəhbəri, 2023-2024-cü illərdə ədliyyə nazirinin müşaviri olub. 2024-cü ildən isə Ali Məhkəmənin Məhkəmə təcrübəsinin təhlili şöbəsinin müdiri vəzifəsində çalışırdı. C.Hüseynov fəaliyyət göstərdiyi dövrdə Azərbaycan Respublikası Prezidentinin Sərəncamları ilə müxtəlif orden və medallarla təltif olunub. O, “Dövlət qulluğunda fərqlənməyə görə” medalı, 3-cü dərəcəli “Vətənə Xidmətə görə” ordeni, 2-cidərəcə dövlət müşaviri, “Ədliyyə sahəsində fərqlənməyə görə” medalı, “Azərbaycan Ədliyyəsinin 100 illiyi” və “Azərbaycan Ali Məhkəməsinin 100 illiyi” yubiley medalları ilə təltif edilib.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png