ONN İnformasiya Agentliyi

Türkiyə millisi AVRO-2024-dən nə qədər pul qazandı?

Türkiyə millisi AVRO-2024-dən nə qədər pul qazandı?
27 İyun 2024 - 10:57

AVRO-2024-ün F qrupunun son oyununda Türkiyə millisi Çexiya ilə üz-üzə gəlib. Hamburqda oynanılan matçda qələbə qazanan Türkiyənin turnirdən qazanacağı pul mükafatına aydınlıq gəlib.

ONN media xəbər verir ki, Türkiyə AVRO-2024-də iştirak haqqı olaraq 9 milyon 250 min avro gəlir əldə edib.

Həmçinin Avropa çempionatının qrup mərhələsində qazanılan oyunlara görə 1 milyon avro mükafat verilib. Gürcüstan və Çexiyanı məğlub edən milliyə bu çıxışı ilə daha 2 milyon avro qazanıb.

Futbol üzrə Türkiyə milli komandası 1 milyon 500 min avroluq 1/8-ə yüksəlməklə bağlı verilən mükafatı da öz seyfinə qoyub.

Beləliklə Türkiyənin A millisi bu performansla 13 milyon 750 min avro pul mükafatı qazanıb.

– İştirak haqqı: 9 milyon 250 min avro

– Qələbə bonusu: 2 milyon avro

– Son 1/8 mərhələyə yüksəlmək mükafatı: 1 milyon 500 min avro

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png