ONN İnformasiya Agentliyi

Arif Quliyevin həyat yoldaşı vəfat etdi

Arif Quliyevin həyat yoldaşı vəfat etdi
27 İyun 2024 - 15:35

Mərhum Xalq artisti Arif Quliyevin həyat yoldaşı Gülzar Quliyeva vəfat edib. 

ONN media xəbər evrir ki, o, bu gün dünyasını dəyişib. Məlumatı aktyorun oğlu Rövşən Quliyev təsdiqləyib. O bildirib ki, anası bu gün günorta dəfn edilib: “Hacı Zeynalabdin Tağıyev qəsəbəsində yerləşən qəbiristanlıqda, qardaşım Fəridin yanında dəfn etdik”. Qeyd edək ki, Gülzar Quliyeva qaraciyər sirrozundan əziyyət çəkirdi. O, bir müddət əvvəl xəstəxanaya yerləşdirilmiş, müalicəsi orada aparılmışdı. Həkimlər onun sağalmasının mümkün olmadığını demiş və evə yollamışdı.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png