“Neftçi” iki futbolçusu ilə yolları ayırdı

“Neftçi” iki futbolçusu ilə yolları ayırıb.

ONN media xəbər verir ki, bu barədə klub məlumat yayıb.

Qeyd olunub ki, qapıçı Aqil Məmmədov və yarımmüdafiəçi Ata Caber “Ağ-qaralar”dan ayrılıb.

Xatırladaq ki, A.Məmmədov 2015/2016 mövsümündə və 2019-cu ildən 2024-cü ilədək “Neftçi”nin heyətində 112 oyun keçirib. 2022-ci ilin iyununda transfer olunmuş Caber isə “Neftçi”nin heyətində 58 rəsmi oyunda meydana çıxıb, 9 qol vurub.