ONN İnformasiya Agentliyi

Prezident seçkilərində son durum necədir?

Prezident seçkilərində son durum necədir?
28 İyun 2024 - 18:59

İranda prezident seçkiləri üçün seçki məntəqələrinin işi yerli vaxtla saat 18:00-dan 20:00-dək (Bakı vaxtı ilə saat 20:30-a qədər – red.) uzadılıb.

ONN media xəbər verir ki, bu barədə İranın Seçki Qərargahının nümayəndəsi Möhsün Eslami bildirib.

“Ölkənin müxtəlif bölgələrindən səsvermə vaxtının uzadılması ilə bağlı çoxsaylı müraciətlər əsasında bütün ölkə üzrə səsvermə vaxtı 2 saat, saat 20:00-a qədər uzadılıb”, – məmur IRIB telekanalının efirində deyib.

Qeyd edək ki, İranda növbədənkənar prezident seçkiləri iyunun 28-də yerli vaxtla saat 08:00-da (Bakı vaxtı ilə 08:30) başlayıb. Məntəqələr yerli vaxtla saat 18:00-da (Bakı vaxtı ilə 18:30) bağlanmalı idi.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png