Qırğızıstanda sel çox sayda can aldı

Qırğızıstanın Nookat bölgəsində sel nəticəsində azı 5 nəfər ölüb.

Bu barədə ölkənin Fövqəladə Hallar Nazirliyi məlumat verib.

“Nookat rayonunda leysan yağışlarının səbəb olduğu sel nəticəsində azı 5 nəfər ölüb”, – deyə idarənin nümayəndəsi bildirib.

Qeyd olunur ki, ölən və yaralananların sayı ilə bağlı məlumatlar dəqiqləşdirilir