Xocalıda minlərlə çətənə bitkisi məhv edildi

Xocalıda yabanı halda bitən 3 958 kq çətənə bitkisi məhv edilib.

ONN media xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupu məlumat verib.

Bildirilib ki, Xocalı Rayon Polis Şöbəsinin əməkdaşlarının “Xaşxaş-2024” planına uyğun olaraq keçirdikləri tədbirlərlə rayonun Daşbulaq kəndi ərazisində yabanı halda bitən 6616 ədəd çətənə bitkisi toplanılaraq məhv edilib.