Dəmir yolunda gediş haqqı artırılacaq?

Hazırda gediş haqqlarında hər hansı dəyişiklik nəzərdə tutulmur.

ONN media xəbər verir ki, bu barədə Trend-ə Azərbaycan Dəmir Yolları QSC-dən (ADY) bildirilib.

Qeyd edək ki, bu gündən etibarən Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən ictimai nəqliyyat və hava nəqliyyatı ilə ölkədaxili sərnişindaşıma xidmətləri üzrə tariflər yenilənib.