ONN İnformasiya Agentliyi

Zəvvarlar Vətənə qayıdır

Zəvvarlar Vətənə qayıdır
01 İyul 2024 - 12:50

Azərbaycanlı zəvvarların Həcc ziyarəti başa çatıb, sonuncu qrup Vətənə qayıdır.

Bu barədə cavab olaraq Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Xarici əlaqələr şöbəsinin müdiri və Həcc elektron sistemi məsulu Vüsal Cahangiri məlumat verib.

Onun sözlərinə görə, hazırda Səudiyyə Ərəbistanında 280 nəfərə yaxın azərbaycanlı zəvvar qalıb: “Onlar, o cümlədən ziyarətin təşkilatçılarından ibarət sonuncu qrup bu gün Bakıya yola düşəcək”.

V.Cahangiri həmçinin bildirib ki, builki Həcc ziyarəti azərbaycanlı zəvvarlar üçün çox rahat və təhlükəsiz başa çatıb.

Qeyd edək ki, builki Həcc ziyarəti üçün azərbaycanlı zəvvarlara 1500 nəfərlik kvota ayrılmışdı. Zəvvarların ilk qrupu iyunun 4-də təyyarə ilə Bakıdan Səudiyyə Ərəbistanına yola düşmüşdü. Zəvvarlar iyunun 16-17-də ziyarətdə Qurban bayramını qeyd ediblər.

Xatırladaq ki, Azərbaycanda Həcc ziyarətinin bir nəfər üçün qiyməti 5 min 850 ABŞ dolları idi.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png