ONN İnformasiya Agentliyi

Azərbaycanda heyvanlar arasında xüsusi təhlükəli infeksion xəstəlik var? – RƏSMİ

Azərbaycanda heyvanlar arasında xüsusi təhlükəli infeksion xəstəlik var? – RƏSMİ
02 İyul 2024 - 11:39

Hazırda Azərbaycanda heyvanlar arasında hər hansı kəskin, xüsusi təhlükəli infeksion xəstəlik mövcud deyil.

ONN media xəbər verir ki, bu barədə “Report”un sualına cavabında Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Heyvan sağlamlığı şöbəsinin müdiri, Respublikanın Baş Dövlət Baytarlıq Müfəttişi Qalib Əbdüləliyev jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, Azərbaycan regional olaraq bir sıra xüsusi təhlükəli heyvan xəstəliklərinə görə endemik qeyri-sağlam zonada yerləşir:

“Dövlətin dəstəyi ilə müəyyən qanunvericilik çərçivəsində xüsusi təhlükəli xəstəliklərə qarşı planlı tədbirlər həyata keçirilir. Tədbirlərin planlaşdırılması və onların icrasına nəzarəti AQTA, tətbiqi isə Kənd Təsərrüfatı Nazirliyi və onun aidiyyatı qurumları tərəfindən aparılır”.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png