ONN İnformasiya Agentliyi

Nikaha girənlərin xalauşağı olduğunu necə biləcəklər?

Nikaha girənlərin xalauşağı olduğunu necə biləcəklər?
02 İyul 2024 - 13:26

Ailə Məcəlləsinə dəyişiklik layihəsinin parlamentdə təsdiq olunması ilə daha bir sual gündəmə gəlib: ailə qurmaq istəyənlərin, məsələn, xaloğlu-xalaqızı və ya dayoğlu-bibiqızı olduğunu rəsmi qurum necə müəyyənləşdirəcək?

Sosioloq Üzeyir Şəfiyev bildirib ki, qohum nikahını müəyyən etmək üçün çox güman ki, müvafiq qurumlar – bələdiyyələr, icra strukturları sosial agentlərdən istifadə edəcək.

“Məsələn, kənddə, qəsəbədə sosial agentlər yerləşdiriləcək və lazımi informasiyanı müvafiq qurumlara ötürəcəklər. Sənədlərlə də müəyyənləşdirə bilərlər, amma sənəddən yayınma halı varsa, demək, sosial agent institutundan istifadə olunacaq”.

Qanundan yayınmaq istəyənlərin vətəndaş nikahına yönəlməsi hallarının çoxalacağını deyən sosioloq bildirib ki, bu halda nikah müqaviləsi də məcburi olmalıdır:

“Potensial və real qohum evlilikləri latent şəkildə həyata keçirilə, insanlar nikah müqaviləsinə girmədən, vətəndaş nikahı ilə cərimə və cəzalardan yayınmağa çalışa bilərlər. Yaxşı olar ki, qanunla paralel olaraq nikah müqaviləsi də Azərbaycanda məcburi olsun. Nəzərə alaq ki, hazırda il ərzində 25 min uşaq nikahdankənar doğulur. Bu uşaqlar boşanma halı olanda ortada qalır, aliment məsələlərində, mülkiyyətin müəyyənləşdirilməsində problemlər yaşanır. İcbari nikah müqaviləsi isə bu kimi yaranacaq problemlərin qarşısı alına bilər”.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png