ONN İnformasiya Agentliyi

Putin və Ərdoğan kimlərlə görüşəcək?

Putin və Ərdoğan kimlərlə görüşəcək?
02 İyul 2024 - 20:34

Sabah Astanada Şanxay Əməkdaşlıq Təşkilatının sammitinin rəsmi açılışı olacaq. Açılış mərasimindən əvvəl Rusiya Prezidenti Vladimir Putin Astanada bir sıra ikitərəfli görüşlər keçirəcək.

ONN media xəbər verir ki, bu barədə Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov deyib.

O bildirib ki, Vladimir Putinin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Monqolustan Prezidenti Uxnaagiyn Xurelsux, Çin prezidenti Si Szinpin və Pakistanın Baş naziri Şahbaz Şəriflə görüşləri nəzərdə tutulub.

Vurğulanıb ki, Vladimir Putinin Türkiyəyə mümkün səfəri də Ərdoğanla görüşdə müzakirə ediləcək.

Qeyd edək ki, bundan öncə Putin və Prezident İlham Əliyev arasında ikitərəfli görüş keçiriləcəyi bildirilmişdi.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png