ONN İnformasiya Agentliyi

DƏHŞƏTLİ OLAY: Dini ayin zamanı çox sayda insan öldü

DƏHŞƏTLİ OLAY: Dini ayin zamanı çox sayda insan öldü
03 İyul 2024 - 8:56

Hindistanın Uttar-Pradeş ştatının mərkəzi əyalətinin Hathras şəhərində dini ayin zamanı yaranan izdihamda azı 107 nəfər ölüb.

Məlumata görə, ölən 107 nəfərin əksəriyyəti qadınlardır. İlkin məlumatlara görə, tədbir zamanı dini təbliğatçı xüsusi qurulmuş çadırda öz ardıcıllarına müraciət edib. Məkana çoxlu adam toplaşıb, havasızlıq yaranıb və insanlar tələsik çadırı tərk etməyə başlayıblar. Bu arada insanlar bir-birini tapdalayıblar.

Hadisə yerinə təcili tibbi yardım maşınları və polis gəlib. Qurbanların sayının artacağı istisna edilmir

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png