UEFA Merih Dəmiralı 2 oyunluq cəzalandırıb.
ONN media xəbər verir ki, bu barədə türkiyə Teleqram kanalları məlumat yayıb.
Qeyd edək ki, Almaniyada keçirilən Avropa çempionatının 1/8 finalında Avstriyaya iki qol vuran Merih Dəmiral Bozqurd işarəsi göstərmişdi. UEFA bununla bağlı Almaniyanın şikayəti üzrə araşdırmaya başlamışdı.
***
Türkiyə Futbol Federasiyası Merih Demirala iki oyunluq cəza verilməsi barədə yayılan xəbərləri təkzib edib.
Bildirilib ki, oyunçu ilə bağlı rəsmi qərar sabah veriləcək.