ONN İnformasiya Agentliyi

Rusiyada niqab qadağan ediləcək? – AÇIQLAMA

Rusiyada niqab qadağan ediləcək? – AÇIQLAMA
05 İyul 2024 - 10:54

Kremldə niqab qadağası ilə bağlı müzakirə aparılmır.

ONN media xəbər verir ki, bunu, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

O, jurnalistlərin suallarını cavablandırarkən, “Biz bu müzakirədə iştirak etmirik” deyib.

Bundan əvvəl Rusiyanın başqa bir bölgəsində niqablara müvəqqəti qadağa tətbiq edilib. Müvafiq qərarı Qaraçay-Çərkəz Müsəlmanları Ruhani İdarəsi açıqlayıb. Respublikanın müftisi İsmayıl Hacı Berdiyevin sözlərinə görə, şəriət qanunları üzü tamamilə gizlədən paltar geyinməyi nəzərdə tutmur.

Dağıstan Müftiliyi ilk olaraq niqab taxmağın müvəqqəti qadağanını elan edib. İyulun 1-də respublikanın müftisi Əhməd Abdulayev bu qərarı elan edərək, “bölgədə tam əmin-amanlıq olana qədər” qərarın ləğv edilməyəcəyini bildirib.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png