ONN İnformasiya Agentliyi

UEFA Merih Demiralı cəzalandırıb, TFF CAS-a müraciət edəcək

UEFA Merih Demiralı cəzalandırıb, TFF CAS-a müraciət edəcək
05 İyul 2024 - 14:55

UEFA Türkiyə millisinin futbolçusu Merih Demiralı cəzalandırıb.

ONN media Türkiyə mətbuatına istinadən xəbər verir ki, 26 yaşlı müdafiəçi 2 oyunluq diskvalifikasiya edilib.

Türkiyə Futbol Federasiyası (TFF) məsələ ilə bağlı İdman Arbitraj Məhkəməsinə (CAS) müraciət edəcək.

Qeyd edək ki, Merih Demiral Almaniyada keçirilən AVRO-2024-də Avstriyaya 2:1 hesabı ilə qalib gəldikləri 1/8 final matçında “bozqurd” işarəsi göstərib. UEFA futbolçunun əl hərəkətinə görə araşdırmaya başlamışdı. “Ay-ulduzlular” iyulun 6-da, AVRO-2024-ün 1/4 finalında Niderlandla üz-üzə gələcək.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png