ONN İnformasiya Agentliyi

Hindistanda dəhşətli daşqın: Onlarla insan və heyvan ölüb

Hindistanda dəhşətli daşqın: Onlarla insan və heyvan ölüb
06 İyul 2024 - 11:54

Hindistanın şimal-şərqində baş verən daşqınlar nəticəsində 60 nəfər ölüb, yüz minlərlə insan evlərini tərk etmək məcburiyyətində qalıb.

ONN media bildirir ki, daşqınlara fasiləsiz yağan musson yağışları səbəb olub.

Yağıntılar nəticəsində torpaq sürüşmələri də başlayıb.

Hindistan Meteorologiya Departamenti bu həftə bütün şimal-şərq əyalətləri üçün şiddətli yağışların davam edəcəyi barədə xəbərdarlıq edərək qırmızı həyəcan siqnalı verib.

Kaziranqa Milli Parkı və Pələng Qoruğuna ciddi ziyan dəyib, sel suları 31 heyvanın ölümünə səbəb olub. 

Sel sularının Assam və Manipurda yüzlərlə yola, onlarla körpüyə və minlərlə evə ziyan vurduğu bildirilir. 2800-dən çox kənd də su altında qalıb. 

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png