ONN İnformasiya Agentliyi

“Qarabağ” uğura imza atdı

“Qarabağ” uğura imza atdı
07 İyul 2024 - 11:46

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) klubların yeni dünya reytinqini açıqlayıb.

ONN media xəbər verir ki, İFFHS-nin rəsmi saytında yer alan məlumata görə, 504 komandadan ibarət siyahıya Azərbaycanın dörd təmsilçisi düşüb.

14 pillə irəliləyən “Qarabağ” (191,25 xal) 39-cu yerdə qərarlaşıb.

“Zirə” (62,25 xal) səkkiz pillə irəliləyərək 361-ci, “Sabah” (60,75 xal) doqquz mövqe artıraraq 379-cu, “Neftçi” (59,25 xal) altı sıra irəliləyərək 397-ci olub.

Qeyd edək ki, dünya reytinqinə İspaniyanın “Real” klubu (371 xal) başçılıq edir.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png