İranda gəmi batdı- YARALILAR VAR

İranın Hörmüzqan əyalətinin Bəndər-Abbas şəhəri yaxınlığında İran donanmasının “Səhənd” esminesində qəza baş verib.

ONN media xəbər verir ki, bu barədə “Mehr” agentliyi məlumat yayıb.

“Qəzaya səbəb, ehtimal ki, gəminin balanslaşdırıcı çəninin nasazlığı və ya freqatın valının təmirdən sonra suyun sızması olub”, – məlumatda qeyd olunub.

Qəza nəticəsində bir neçə nəfərin yaralandığı bildirilib.

***

Qəza nəticəsində esmines yanı üstə aşıb və yarısı suya batıb.

Qeyd edək ki, “Səhənd” yerli mütəxəssislər tərəfindən digər dövlətlərin köməyi olmadan inşa edilən ilk İran esminesidir. O, 2018-ci ilin dekabrında buraxılıb və zenit-artilleriya və raketlərlə təchiz edilib.