ONN İnformasiya Agentliyi

Hövsan sahilində balıqlar niyə kütləvi şəkildə ölür?

Hövsan sahilində balıqlar niyə kütləvi şəkildə ölür?
08 İyul 2024 - 10:36

Xəzər dənizində balıqların kütləvi şəkildə ölməsi haqda məlumatımız var. Lakin səbəbləri haqda hələlik dəqiq nəsə demək mümkün deyil.

Bu sözləri açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova Xəzər dənizdə balıqların kütləvi ölməsinin səbəbləri haqda danışarkən deyib.

“Balıqların hansı səbəbə görə kütləvi ölməsini müəyyən etmək üçün Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin mütəxəssisləri tərəfindən sözügedən əraziyə baxış keçirilib. Sudan və ölmüş balıqlardan nümunələr götürülüb. Aparılacaq analizlərin nəticəsi əldə olunan kimi ətraflı məlumat veriləcək”, – İ.İbrahimova bildirib.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png