ONN İnformasiya Agentliyi

Türkiyənin iki şəhərinə sel gəldi, ölənlər var 

Türkiyənin iki şəhərinə sel gəldi, ölənlər var 
08 İyul 2024 - 10:59

Türkiyənin Ordu və Muş şəhərlərinə güclü sel gəlib.

ONN media Türkiyə KİV-ə istinadən xəbər verir ki, gecədən etibarən başlayan yağış suları torpaq sürüşməsinə və güclü leysana səbəb olub.

Dərələrdə sular daşıb. Rəsmilərin yaydığı məlumata görə hərkvadratmetə təxminən 100 litr yağış suyu düşüb.

Onlar sakinləri körpü olan ərazilərdən uzaq durmağa çağırıblar.

Çaybaşı bölgəsində güclü yağışların selə çevrilməsi nəticəsində 83 yaşlı Hatice Kocakoç həyatını itirib.

Onun ayağı sel axına düşüb və boğularaq ölüb. Haticenin cansız bədəni kilometrlərlə uzaqda aşkar edilib. Muşun Malazgirt bölgəsində də güclü leysan olub. 20 yaşlı Nazar Karataş selə düşərək boğulub. 

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png