ONN İnformasiya Agentliyi

Bu küçədən istifadə edənlərin NƏZƏRİNƏ

Bu küçədən istifadə edənlərin NƏZƏRİNƏ
10 İyul 2024 - 14:22

Bakı şəhəri, Xətai rayonu, Afiyəddin Cəlilov küçəsində (Yusif Səfərov küçəsindən Xəqani Rüstəmov küçəsinədək) aparılan təmir işləri artıq yekunlaşıb.

Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib.

Bildirilib ki, texnoloji ardıcıllığa uyğun olaraq, qeyd olunan hissə üzrə frezlənmə və yeni asfalt-beton örtüyünün döşənməsi icra olunub.

Bu işlərə paralel olaraq küçədə yeraltı kommunikasiya xətlərinin baxış qapaqlarının və yağış barmaqlıqlarının layihə hündürlüyünə qaldırılması işləri də yerinə yetirilib.

Son mərhələdə üfüqi nişanlanma xətləri, piyada zolaqları və parklanma yerləri ilə təmin olunan küçə müasir görkəmdə vətəndaşların istifadəsinə verilib.

Xatırladaq ki, sözügedən küçə iyunun 25-dən bağlanıb. Onun iyulun birində istifadəyə veriləcəyi qeyd olunmuşdu.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png