ONN İnformasiya Agentliyi

Ermənistan internetsiz qaldı- NƏ BAŞ VERİR?

Ermənistan internetsiz qaldı- NƏ BAŞ VERİR?
10 İyul 2024 - 18:39

“Ermənistanda beynəlxalq internet əlaqə kanalları zədələnib, nəticədə bütün ölkə üzrə sabit və mobil internet xidmətlərinə giriş məhdudlaşdırılıb”.

ONN media-nın Ermənistan mediasına istinadən məlumatına görə, bu barədə respublikanın “Team Telecom” şirkəti xəbər verib.

Bildirilib ki, internetdəki fasilələr Tavuş vilayətində yol tikintisi ilə əlaqədardır.

“Yol işləri zamanı kabellər zədələnib. Hazırda mütəxəssislər ərazidə işləyirlər. Onlar problemi mümkün qədər tez həll etməyə çalışırlar”, – deyə şirkətin nümayəndəsi bildirib.

Xatırladaq ki, tikinti işləri ilə əlaqədar bu gündən etibarən Kirants (Güney) kəndi ərazisindən keçən hissəsi – Gürcüstana gedən dövlətlərarası yolun bir hissəsi bağlanıb.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png