ONN İnformasiya Agentliyi

İlham Əliyev Monqolustan prezidentini təbrik etdi

İlham Əliyev Monqolustan prezidentini təbrik etdi
11 İyul 2024 - 11:56

Azərbaycan Prezidenti İlham Əliyev Monqolustanın Prezidenti Uxnaaqiyn Xurelsuxa təbrik məktubu göndərib.

ONN media təbrikin mətnini təqdim edir:

“Monqolustanın milli bayramı münasibətilə Sizə və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı çatdırıram.

İnanıram ki, Azərbaycan ilə Monqolustan arasında münasibətlərin inkişafı, əməkdaşlığımızın həm ikitərəfli, həm də çoxtərəfli müstəvidə genişləndirilməsi yolunda birgə səylərimizi bundan sonra da davam etdirəcəyik.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Monqolustan xalqına daim əmin-amanlıq və rifah diləyirəm”.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png