ONN İnformasiya Agentliyi

Qoşa Qala divarının qarşısında nə tikilir?

Qoşa Qala divarının qarşısında nə tikilir?
11 İyul 2024 - 13:08

Bir neçə gündür İçərişəhərdə, Qoşa Qala qapısının böyründə hansısa obyektin tikinti işləri aparılır.

ONN media xəbər verir ki, Əziz Əliyev küçəsində, qala divarlarına bitişik inşa olunan “obyekt”in təyinatı bəlli deyil. Tikili həm qala divarlarının önünü kəsir, həm də onsuz da ensiz olan Əziz Əliyev küçəsində hərəkət imkanını bir qədər də məhdudlaşdırır.

Həm Bakı şəhər İcra Hakimiyyəti, həm də “İçərişəhər” Dövlət Tarixi-Memarlıq Qoruğu İdarəsi tikintinin onlara aid olmadığını bildirir: Qoruq İdarəsi bunu İçərişəhərin ərazisindən kənarda olması ilə izah etməyə çalışır, Bakı meriyası isə qala divarlarına bitişik olduğu üçün onların səlahiyyətində olmadığını bildirir.

Bakıda “neytral ərazilər”mi var və bu “neytral”, heç “kimin məsuliyyət daşımadığı” ərazilərdə hər kəs istədiyini edə bilər?

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png