ONN İnformasiya Agentliyi

Rusiyada terror hücumunun qarşısı alındı

Rusiyada terror hücumunun qarşısı alındı
11 İyul 2024 - 16:30

Rusiyada kilsəyə terror hücumunun qarşısı alınıb.

ONN media-nın verdiyi məlumata görə, bu barədə Federal Təhlükəsizlik Xidməti xəbər yayıb.

Bildirilir ki, Mərkəzi Asiya ölkələrindən birinin vətəndaşı, Rusiyada qadağan edilmiş beynəlxalq terror təşkilatının üzvü Maykopda pravoslav kilsəsinə qarşı terror hücumu planlaşdırırmış.

Məlumata görə, kişi kilsənin din xadimlərinə və mühafizəçilərinə hücum etmək, sonra isə binanı yandırmaq, ardınca da başqa bir ölkəyə qaçmaq istəyib.

“Öz planını həyata keçirmək üçün xarici vətəndaş ərazidə kəşfiyyat aparıb, hücum sxemini hazırlayıb, həmçinin komponentlər alaraq əldəqayırma yandırıcı qurğu düzəldib. O, terror aktını videoya çəkməyi və onu beynəlxalq terror təşkilatının ideyalarının təbliğatı məqsədilə internetdə yerləşdirməyi planlaşdırıb”, – deyə məlumatda vurğulanır

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png