ONN İnformasiya Agentliyi

Daha bir ölkədə güclü zəlzələ oldu

Daha bir ölkədə güclü zəlzələ oldu
11 İyul 2024 - 20:18

Kanadanın Britaniya Kolumbiyası əyalətinin sahillərində 6,5 bal gücündə zəlzələ baş verib.

ONN media xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti (USGS) məlumat yayıb.

Seysmoloqların məlumatına görə, zəlzələ UTC vaxtı ilə saat 15:08-də (Bakı vaxtı ilə 19:08 – red.) qeydə alınıb. Təkanların episentri Britaniya Kolumbiyası əyalətində, Vankuver adasında yerləşən Tofino şəhərindən 219 kilometr cənub-qərbdə olub. Zəlzələnin ocağı 8 kilometr dərinlikdə yerləşib.

Tələfat və dağıntılar barədə məlumat verilməyib.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png