Sərnişin avtobusu qəzaya düşdü
Sumqayıtda avtobus qəzası ilə bağlı TƏBİB-dən açıqlam verilib.
Qurumun mətbuat xidmətindən cavab olaraq bildirilib ki, Hacı Zeynalabdin Tağıyev – Sumqayıt avtomobil yolunda baş verən yol-nəqliyyat hadisəsi ilə bağlı 12.07.2024-cü il tarixində saat 17:20 radələrindən başlayaraq Sumqayıt Tibb Mərkəzinin Təcili Yardım Xəstəxanasına 11 nəfər (7-si kişi cinsli, 4-ü qadın cinsi olmaqla) yerləşdirilib.
Hazırda 1 nəfərin vəziyyəti ağır, digərlərinin vəziyyəti isə orta ağır qiymətləndirilir