Azərbaycan XİN Demokratiya və Milli Birlik Günü münasibətilə Türkiyəni təbrik edib

Azərbaycan Xarici İlər Nazirliyi (XİN) 15 iyul – Demokratiya və Milli Birlik Günü münasibətilə Türkiyəni təbrik edib. 

ONN media xəbər verir ki, bu barədə Azərbaycan XİN-in “X” hesabında paylaşım edilib. “Qardaş Türkiyənin demokratik təsisatlarını və konstitusiya quruluşunu hədəf alan çevriliş cəhdinin qarşısını alarkən canlarından keçən şəhidlərimizin əziz xatirəsini hörmət və minnətdarlıqla anırıq. 15 iyul – Demokratiya və Milli Birlik Gününüz mübarək!”,-məlumatda qeyd edilib.