İstanbulda yenidən zəlzələ baş verdi
Türkiyənin İstanbul şəhəri yaxınlığında, Mərmərə dənizində 4,1 maqnitudada zəlzələ qeydə alınıb.
ONN media xəbər verir ki, bu barədə Fəlakət və Fövqəladə Halların İdarə Olunması İdarəsi (AFAD) məlumat yayıb.
Zəlzələ ocağı Mərmərə adasının yaxınlığında təxminən 7 kilometr dərinlikdə yerləşib.
Yeraltı təkanlar şəhərdən təxminən yüz kilometr aralıda hiss olunub.
Tələfat və dağıntılar barədə məlumat yoxdur